Menyu

NATO xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşəcəklər

Nicat Hüseynli
NATO xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşəcəklər
1 dəq oxu

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri dekabrın 2-də alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələcəklər.

Operativ Media xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasa alyansın Baş katibi Mark Rütte sədrlik edəcək. NATO görüşdə müzakirə olunacaq mövzuları hələlik açıqlamayıb.

Məlumata görə, nazirlər Ukraynaya silah tədarükünü, Avropada silah istehsalının artırılmasını və Rusiyanın hərbi yolla çəkindirilməsinə dair gələcək planları müzakirə edəcəklər.

Əlaqəli Xəbərlər