Menyu

Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib

Operativ Media
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
1 dəq oxu

Nazirlər Kabineti "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 4 iyun 2019-cu il tarixli qərarında dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu qərar Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan qurumlara və ya tabeliyində olan hüquqi şəxslərə, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan hüquqi şəxslərə, habelə onlar tərəfindən hüquqi

şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi yolu ilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə şamil edilmir.

Əlaqəli Xəbərlər