Menyu

Suriya və Livan sərhəd təhlükəsizliyinin gücləndirilməsi barədə razılığa gəlib

Operativ Media
Suriya və Livan sərhəd təhlükəsizliyinin gücləndirilməsi barədə razılığa gəlib
1 dəq oxu

Suriya və Livan ortaq sərhəddə təhlükəsizliyin təmin edilməsi və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlığı genişləndirəcək.

Operativ Media xəbər verir ki, bu barədə iki ölkənin daxili işlər nazirləri Anas Xattab və Əhməd əl-Həccarın Dəməşqdə keçirilən görüşündə razılıq əldə olunub.

Suriya daxili işlər naziri bildirib ki, tərəflər təhlükəsizlik qurumları arasında koordinasiyanın gücləndirilməsi və sərhədyanı ərazilərdə sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər görməyə hazır olduqlarını ifadə ediblər.

Livanın daxili işlər naziri isə narkotik qaçaqmalçılığına qarşı mübarizədə əldə olunan müsbət nəticələri qeyd edib. O, qabaqlayıcı əməliyyatlar və həbslər vasitəsilə ekstremizm təhlükəsinin qarşısının alınması istiqamətində iki ölkə arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər