Menyu

Bakıda Süni İntellekt Zirvəsi 2026 keçirilib - MegaSec strateji tərəfdaş qismində iştirak edib

Operativ Media
Bakıda Süni İntellekt Zirvəsi 2026 keçirilib - MegaSec strateji tərəfdaş qismində iştirak edib
1 dəq oxu

13 noyabr 2026-cı il tarixində Bakıda, “The Ritz-Carlton Baku” hotelində Süni İntellekt Zirvəsi 2026 (Artificial Intelligence Summit 2026) keçirilib. Süni intellekt texnologiyalarının inkişafı, tətbiq imkanları və gələcək perspektivlərinin müzakirə olunduğu tədbir müxtəlif sahələri təmsil edən yerli və beynəlxalq iştirakçıları bir araya gətirib.

Operativ Media xəbər verir ki, Zirvədə strateji tərəfdaş qismində iştirak edən MegaSec-in direktoru Qabil Qasımov “Super intellekt - dünən ssenari, bu gün sistem” mövzusunda çıxış edib. 

Çıxışda süni intellektin inkişaf mərhələləri, müasir texnoloji imkanlar, real tətbiq nümunələri və gələcək perspektivlərə toxunulub.

MegaSec-in dəvəti ilə zirvədə iştirak edən xüsusi qonaqlardan biri Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının (Central Asian Artificial Intelligence Association - AICA) sədri Vladimir Norov olub. Özbəkistanın keçmiş xarici işlər naziri olan Vladimir Norovun iştirakı tədbirə beynəlxalq və regional əməkdaşlıq baxımından əlavə əhəmiyyət qazandırıb.

Zirvə çərçivəsində müxtəlif sahələrdən olan mütəxəssislər süni intellektin iqtisadiyyata, sənayeyə, dövlət idarəçiliyinə və gündəlik həyata təsiri, eləcə də texnologiyanın tətbiqi ilə bağlı yeni imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir zamanı MegaSec-in stendində şirkətin süni intellekt və rəqəmsal texnologiyalar istiqamətində hazırladığı həllər, məhsullar və texnoloji imkanlar nümayiş etdirilib. İştirakçılar şirkətin texnoloji həlləri və onların müxtəlif sahələrdə tətbiq imkanları ilə tanış olublar.

Süni İntellekt Zirvəsi 2026 müxtəlif ölkələrdən və sahələrdən olan iştirakçılar arasında təcrübə mübadiləsinə, yeni əməkdaşlıq imkanlarının müzakirəsinə və süni intellekt sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə şərait yaradıb. Tədbir çərçivəsində aparılan müzakirələr texnologiyanın gələcəyinə dair fərqli yanaşmaları bir araya gətirərək süni intellektin inkişafında beynəlxalq dialoqun əhəmiyyətini bir daha ön plana çıxarıb.

Fotogalereya

Əlaqəli Xəbərlər