Menyu

Bu il dəmir yolu nəqliyyatı ilə 12 milyon tondan çox yük daşınıb

Operativ Media
Bu il dəmir yolu nəqliyyatı ilə 12 milyon tondan çox yük daşınıb
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton yük daşınıb.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton və avtomobil nəqliyyatı ilə 8 milyon 490,6 min ton yük daşınıb. Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 447 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3 milyon 886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 milyon 867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 14 milyon 741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7 milyon 507,2 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 faizini tranzit yüklər təşkil edib.

Əlaqəli Xəbərlər