Menyu

“Bitly” köhnə keçidlərdən sui-istifadə hallarını aşkarlayıb

Operativ Media
“Bitly” köhnə keçidlərdən sui-istifadə hallarını aşkarlayıb
1 dəq oxu

“Bitly” platformasında təhlükəsizlik problemi aşkarlanıb. Belə ki, bəzi şəxslər əvvəllər yaradılmış, lakin artıq istifadə olunmayan linkləri yenidən aktivləşdirərək istifadəçiləri tamamilə başqa məzmunlara yönləndiriblər.

Operativ Media xəbər verir ki, bu barədə “Bitly” şirkətinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, istifadəçilər linklərə daxil olduqda ilkin paylaşımda nəzərdə tutulan məzmun əvəzinə başqa səhifələrə yönləndiriliblər.

Şirkət problemdən istifadə edən hesabların fəaliyyətini dayandırdığını və təsirlənmiş linkləri deaktiv etdiyini açıqlayıb.

Hazırda “Bitly”nin təhlükəsizlik komandası problemin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün əlavə qorunma tədbirləri üzərində çalışır.

Əlaqəli Xəbərlər