Menyu

ABŞ-nin atom aviadaşıyıcısı “Theodore Roosevelt” Yaxın Şərqə göndərilir

Operativ Media
ABŞ-nin atom aviadaşıyıcısı “Theodore Roosevelt” Yaxın Şərqə göndərilir
1 dəq oxu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom aviadaşıyıcısı “Theodore Roosevelt” noyabrın 16-da Yaxın Şərq regionuna çatacaq.

Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Theodore Roosevelt” yaxın 24 saat ərzində Yaxın Şərqdəki digər iki aviadaşıyıcıya qoşulacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də bir sıra Yaxın Şərq ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının xahişi ilə Vaşinqtonun İranla bağlı münaqişədə daha sərt addımlardan çəkindiyini bildirmişdi.

ABŞ dövlət katibi Marko Rubio isə noyabrın 13-də Vaşinqtonun hazırda İrana qarşı hərbi əməliyyatlara ehtiyac görmədiyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ tərəfinin qiymətləndirməsinə əsasən, İrana ciddi iqtisadi zərər vurulub.

Əlaqəli Xəbərlər