Menyu

İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabları praktik deyil

Operativ Media
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabları praktik deyil
1 dəq oxu

ABŞ-nin İranın irəli sürdüyü şərtlərə verdiyi cavablar praktik xarakter daşımır və bu səbəbdən tərəflər arasında razılığın əldə olunması mümkün görünmür.

Operativ Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tehranın bəzi tələblərinin icrasını gələcəyə saxlayıb.

Qəribabadi hesab edir ki, ABŞ diplomatiyadan sui-istifadə edərək vaxt qazanmaq və yeni hücum üçün zəmin hazırlamaq istəyir.

İran rəsmisi vurğulayıb ki, Vaşinqton ilk növbədə Tehranın bütün şərtlərinin yerinə yetiriləcəyinə dair zəruri təminatlar verməlidir.

Əlaqəli Xəbərlər