Menyu

Sergey Şoyqu BƏƏ-yə səfər edib

Operativ Media
Sergey Şoyqu BƏƏ-yə səfər edib
1 dəq oxu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu işgüzar səfərlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şoyqunun rəhbərlik etdiyi Rusiya qurumlararası nümayəndə heyəti Əbu-Dabiyə səfər edib. Səfər çərçivəsində BƏƏ-nin ali rəhbərliyi, güc strukturlarının və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşlər planlaşdırılıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın geniş spektri, o cümlədən hərbi-texniki, ticarət və iqtisadi əlaqələrin müzakirəsi nəzərdə tutulur.

Nümayəndə heyətinə Rusiya Daxili İşlər, Xarici İşlər və Ədliyyə nazirliklərinin, Milli Qvardiyasının, Mərkəzi Bankının, hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin, “Roskosmos” və “Rosatom” dövlət korporasiyalarının, eləcə də müdafiə sənayesi müəssisələrinin nümayəndələri daxildir.

Əlaqəli Xəbərlər