Menyu

Hakan Fidan: Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq

Operativ Media
Hakan Fidan: Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq
1 dəq oxu

Suriyanın ərazi bütövlüyünün qorunması Türkiyə üçün vacib məsələdir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) başçısı Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında bildirib.

"Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq", - o deyib.

Türkiyə XİN rəhbəri Məkkə sazişinə yeni üzvlərin qoşulmasını istədiklərini ifadə edib: "Mövqeyimizin digər region ölkələri tərəfindən də bölüşülməsi vacibdir.

Artıq Türkiyədə, Suriyada və İraqda terrorun müzakirə mövzusuna çevrilməsi, hər kəsin sülh və əmin-amanlıq şəraitində siyasi gündəliyinə fokuslanması önəmlidir".

Əlaqəli Xəbərlər