Menyu

Böyük Britaniya Ukraynaya dron əleyhinə raket verəcək

Operativ Media
Böyük Britaniya Ukraynaya dron əleyhinə raket verəcək
1 dəq oxu

Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün, o cümlədən dron əleyhinə nəzərdə tutulan mindən çox qısamənzilli raket vermək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Raketlərdən əlavə, yardım paketi 10-dan çox HHM radiolokasiya stansiyasının və dron əleyhinə raketlər üçün buraxılış qurğularının tədarükünü nəzərdə tutur.

Silahların ümumi dəyəri təxminən 330 milyon dollar olaraq qiymətləndirilir. Tədarüklərin dekabrın ortalarında başlaması planlaşdırılıb.

Britaniya MN-dən həmçinin xatırladıblar ki, daha əvvəl London qış ərəfəsində Kiyevə HHM-i gücləndirmək üçün 400 zenit raketi verib.

Əlaqəli Xəbərlər