Biləsuvarda partlayışdan sonra bir nəfərin meyiti dağıntılar altından çıxarılıb
Redaksiya
Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.
Rayon prokurorluğundan "Operativ Media"ya bildirilib ki, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilmişdir. Hazırda onların müalicəsi davam edir.
Beləliklə də, faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Teqlər:
"Biləsuvarda partlayışdan sonra bir nəfərin meyiti dağıntılar altından çıxarılıb"