Menyu

Ceyhun Bayramov: Azərbaycan və İtaliya münasibətləri sürətlə inkişaf edir

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Azərbaycan və İtaliya münasibətləri sürətlə inkişaf edir
1 dəq oxu

Azərbaycan və İtaliya münasibətləri çox möhkəm təməl üzərində qurulub və sürətlə inkişaf edir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq.

Nazir bildirib ki, bu müddət ərzində ölkələr arasında bir sıra mühüm sənədlər imzalanıb. O, xüsusilə əməkdaşlıq haqqında bəyannaməni və 2020-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsini vurğulayıb.

Ceyhun Bayramov ölkə liderləri arasında müntəzəm təmasların və dinamik dialoqun ikitərəfli münasibətlərdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Nazir, həmçinin 2025-ci ildə İtaliya Prezidentinin Azərbaycana, 2024-cü ildə isə Azərbaycan Prezidentinin İtaliyaya səfər etdiyini xatırladıb.

Əlaqəli Xəbərlər