Menyu

Azərbaycan-İtaliya ticarət dövriyyəsinin həcmi açıqlanıb

Nərmin Qocamanlı
Azərbaycan-İtaliya ticarət dövriyyəsinin həcmi açıqlanıb
1 dəq oxu

Azərbaycan və İtaliya arasında beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq xüsusi yer tutur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib, bu ilin ilk 9 ayında isə 9 milyard dollara çatıb.

Nazir vurğulayıb ki, Azərbaycan-İtaliya münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi və ticarət əlaqələri də ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Əlaqəli Xəbərlər