Bölgələrdə qış tətili neçəyə başa gəlir? - VİDEO
Havaların soyuması ilə Azərbaycanın bölgələrində qış turizminə maraq artır. İstirahət məkanlarında otel və kotej rezervasiyalarına başlanılıb. Qiymətlər isə məkanın şəraitinə, xidmətlərə və qonaqların sayına görə dəyişir.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, İsmayıllıda iki nəfərlik otel otaqlarının qiyməti 80 manatdan başlayır. Bu məbləğə səhər yeməyi, hovuz, sauna, türk hamamı və fitnes zalından istifadə daxildir. Kotejlərdə isə qonaq sayından asılı olaraq qiymətlər 70 manatdan 280 manatadək dəyişir.
Şəkidə adi günlərdə 8-9 nəfərlik, isti hovuzlu evlərin günlük qiyməti 200 manat, hovuzsuz evlərin qiyməti isə 170 manatdır. Bayram günlərində bu məbləğ 250-300 manata yüksəlir. Fərdi evlər və villalar isə əsasən 150-250 manat aralığında təklif olunur.
Şəhərdəki otellərdə iki nəfərlik otaqların qiyməti 90-110 manat arasında dəyişir. Yeni il ərəfəsində də bəzi istirahət məkanlarında qiymətlərin sabit saxlanıldığı bildirilir.
Ətraflı videoda: