Menyu

Hakerlər süni intellektlə 1,2 milyon belçikalının məlumatlarını oğurlayıb

Nicat Hüseynli
Hakerlər süni intellektlə 1,2 milyon belçikalının məlumatlarını oğurlayıb
1 dəq oxu

Belçikada Flandriyanın 82 bələdiyyəsinin təxminən 1,2 milyon sakininin şəxsi məlumatları kiberhücum nəticəsində oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.

Məlumata görə, “Ghost Hunters” haker qruplaşması hücum zamanı “DeepSeek” süni intellekt modelindən istifadə edib.

Bildirilib ki, oğurlanan məlumatlara adlar, ünvanlar, doğum tarixləri, şəxsiyyət vəsiqəsi nömrələri və bank hesabı məlumatları daxildir. Məlumatların bir hissəsi “dark web”də satışa çıxarılıb.

"Belçika Kibertəhlükəsizlik Mərkəzi hadisə ilə bağlı polis və prokurorluğun araşdırma apardığını bildirib. Məlumat sızmasının dəqiq miqyası hələ təsdiqlənməyib", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər