Menyu

Sumqayıt bulvarında dənizdə batan gəncin meyiti tapılıb

Operativ Media
Sumqayıt bulvarında dənizdə batan gəncin meyiti tapılıb
1 dəq oxu

18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti tapılıb.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər