Menyu

Rəşad Əzizov: Tarixi film layihələrinə 9 milyon manata yaxın vəsait ayrılıb

Nicat Hüseynli
Rəşad Əzizov: Tarixi film layihələrinə 9 milyon manata yaxın vəsait ayrılıb
1 dəq oxu

Azərbaycanda tarixi filmlərin istehsalı üçün ümumilikdə 9 milyon manata yaxın vəsait nəzərdə tutulub. Hazırda layihə çərçivəsində istehsal olunan üç filmin ümumi büdcəsi isə 2 milyon manatdan artıqdır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov media nümayəndələri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, “Azərbaycan irsinə səyahət” layihəsi filmlərin istehsalı, keyfiyyətə nəzarət və distribusiyası proseslərini vahid çərçivədə birləşdirir. Gələcəkdə bu istiqamətdə daha çox filmin layihəyə cəlb olunması gözlənilir.

Rəşad Əzizov qeyd edib ki, filmlərin büdcəsi xronometraj, bədii səhnələrin qurulması, tarixi rekonstruksiya və döyüş səhnələri kimi amillərdən asılı olaraq dəyişir.

O əlavə edib ki, Kino Agentliyi ayrılan maliyyə vəsaitinin səmərəli istifadəsinə nəzarət edir və xərclərin optimallaşdırılması üçün süni intellekt texnologiyalarından da istifadə olunur.

Əlaqəli Xəbərlər