Menyu

“Tottenhem” gənc futbolçusu ilə müqavilə müddətini uzadıb

Operativ Media
“Tottenhem” gənc futbolçusu ilə müqavilə müddətini uzadıb
1 dəq oxu

“Tottenhem”in yarımmüdafiəçisi Luka Uilyams-Barnett London klubu ilə yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, 18 yaşlı futbolçu ilə anlaşma 2031-ci ilin iyun ayınadək nəzərdə tutulub.

İngiltərəli oyunçu 10 yaşında “Tottenhem”in akademiyasına qoşulub və klubun yetirməsidir.

Noyabrın 21-də Uilyams-Barnett İngiltərə Premyer Liqasının “İpsviç”lə (2:0) matçında ilk dəfə komandanın start heyətində meydana çıxıb. O, həmin qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla da yarımmüdafiəçi 2007-ci ildə Qaret Beyldən sonra İngiltərə çempionatında “Tottenhem”in heyətində qol vuran ən gənc futbolçu olub.

Uilyams-Barnett indiyədək London təmsilçisinin əsas komandasında 5 oyun keçirib.

Əlaqəli Xəbərlər