Menyu

“Beşiktaş”ın təyyarəsi Batumiyə enə bilməyib

Nicat Hüseynli
“Beşiktaş”ın təyyarəsi Batumiyə enə bilməyib
1 dəq oxu

UEFA Avropa Liqasının 5-ci turunda sabah “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq “Beşiktaş”ın heyətini daşıyan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Batumiyə eniş edə bilməyib.

Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, İstanbuldan yola düşən təyyarə bir neçə dövrə vurduqdan sonra istiqamətini dəyişərək Rize-Artvin Hava Limanına enib.

Məlumata görə, komanda hava limanından quru yolu ilə Batumiyə yola düşüb.

Qeyd edək ki, “Hapoel Beer-Şeva” da əlverişsiz hava şəraiti səbəbindən son məşqini Batumi stadionunda deyil, Gürcüstan Futbol Federasiyasının müəyyənləşdirdiyi başqa meydançada keçirəcək.

Əlaqəli Xəbərlər