Menyu

Rəşad Əzizov: Azərbaycanda tarixi filmlərin istehsalında özəl sektorun rolu artırılır

Nicat Hüseynli
Rəşad Əzizov: Azərbaycanda tarixi filmlərin istehsalında özəl sektorun rolu artırılır
1 dəq oxu

Azərbaycanda tarixi filmlərin istehsalında özəl sektorun rolunun artırılması və bu sahədə vahid idarəetmə mexanizminin yaradılması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov media nümayəndələri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, “Azərbaycan irsinə səyahət” layihəsi müxtəlif istehsalçı şirkətlərin fəaliyyətini vahid çərçivədə birləşdirmək məqsədi daşıyır.

Bildirilib ki, layihə çərçivəsində mövzular seçilir, icraçı şirkətlər müsabiqə yolu ilə müəyyənləşdirilir, istehsal prosesi isə mütəxəssislər və ekspertlər tərəfindən bir neçə mərhələdə nəzarətdə saxlanılır.

Rəşad Əzizov qeyd edib ki, tarixi filmlərin istehsalı müasir filmlərlə müqayisədə daha mürəkkəb və maliyyə baxımından bahalıdır. Buna görə də bu sahədə özəl şirkətlərin, rejissorların və yaradıcı komandaların rəqabəti təşviq olunur.

O vurğulayıb ki, müstəqil Azərbaycanın öz tarixini əks etdirən filmlərə ehtiyacı var və Mədəniyyət Nazirliyi ilə tabeliyindəki Kino Agentliyi bu istiqamətdə istehsalın artırılmasını hədəfləyir.

Qeyd edək ki, layihə çərçivəsində ilk film 2023-cü ildə istehsal olunub.

Əlaqəli Xəbərlər