Menyu

Polşa NATO-dan Ukrayna istiqamətindən gələn raketləri vurmağı istəyib

Operativ Media
Polşa NATO-dan Ukrayna istiqamətindən gələn raketləri vurmağı istəyib
1 dəq oxu

Polşa NATO müttəfiqlərinə Ukrayna istiqamətindən alyansın sərhədlərinə doğru hərəkət edən raketlərin havada zərərsizləşdirilməsi imkanını araşdırmağı təklif edib.

Operativ Media bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Varşava bu təklifi noyabrın 24-də Brüsseldə NATO-nun daimi nümayəndələrinin görüşündə irəli sürüb. Bəzi ölkələr təşəbbüsü dəstəkləsə də, müzakirələr ilkin mərhələdə qalıb və hər hansı qərar qəbul edilməyib.

Agentliyin məlumatına görə, belə bir əməliyyat NATO-nun Ukrayna hava məkanına daxil olmasını tələb edə bilər. Bunun üçün isə Kiyevin razılığı və alyans üzvlərinin yekdil qərarı lazımdır.

Qeyd edək ki, noyabrın 20-də Polşanın hava məkanına iki raket və bir dronun daxil olduğu bildirilmişdi. Hadisədən sonra NATO Polşaya AWACS erkən xəbərdarlıq və hava nəzarəti təyyarəsi göndərib. Rusiyanın Polşadakı səfiri isə Moskvanın hadisədə iştirakına dair ittihamları əsassız adlandırıb.

Əlaqəli Xəbərlər