Menyu

UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya məğlub olub

Operativ Media
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya məğlub olub
1 dəq oxu

UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası bu gün Gənclər Liqasında növbəti matçına çıxıb.

Operativ Media xəbər verir ki, komandamız Bakıda İspaniyanın "Barselona" klubundan olan həmyaşıdları ilə qarşılaşıb.

Masazır stadionunda baş tutan görüş İspaniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "bayquşlar" 5 oyunun hamısında uduzublar və 0 xalla sonuncu - 36-cı sırada qərarlaşıblar.

Əlaqəli Xəbərlər