Menyu

Almaniya şirkəti Quba stadionuna baxış keçirib

Operativ Media
Almaniya şirkəti Quba stadionuna baxış keçirib
1 dəq oxu

“Səbail” klubunun dəvəti ilə Almaniyanın “Polytan” şirkətinin mütəxəssisləri Quba Olimpiya Kompleksinin stadionuna baxış keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Daniel Veyler ot örtüyünün durumuna, drenaj xətlərinin vəziyyətinə baxıb. Əcnəbi mütəxəssis yerli iqlimi, həm əsas, həm də akademiyanın bütün aşağı yaş qrupları üzrə komandaların burada məşq edəcəyini nəzərə alaraq, öz təkliflərini verib. O, son nəsil süni ot örtüklü meydançanın salınmasını məqbul sayıb. Şirkət bu işlərin ən yüksək keyfiyyətlə həyata keçiriləcəyinə zəmanət verib. Məlumat üçün deyək ki, Almaniyanın “Polytan” şirkəti FİFA-nın rəsmi texniki tərəfdaşıdır, FİFA-nın Keyfiyyət Proqramı çərçivəsində “FİFA Preferred Provider” statusuna malikdir. Şirkətin istehsal etdiyi LigaTurf seriyalı süni örtüklər FIFA Quality və FIFA Quality Pro sertifikatlarına layiq görülüb və beynəlxalq rəsmi yarışların keçirilməsi üçün təsdiqlənib.

Əlaqəli Xəbərlər