Menyu

Mixail Frişman CEV Çempionlar Liqasına təyinat alıb

Operativ Media
Mixail Frişman CEV Çempionlar Liqasına təyinat alıb
1 dəq oxu

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Federasiyadan Operativ Media-ya verilən məlumata görə, M.Frişman qadın voleybolçular arasında CEV Çempionlar Liqasının oyununa supervayzer təyin olunub. Həmyerlimiz A qrupunda yer alan “UNI OPOLE” (POL) və “Volley MULHOUSE Alsace” (FRA) komandalarının qarşılaşmasında supervayzer kimi fəaliyyət göstərəcək. Oyun noyabrın 26-da Polşanın Opole şəhərində keçiriləcək.

Qarşılaşmanı bolqarıstanlı Dobromir Dobrev və estoniyalı Risto Strandson idarə edəcəklər.

Əlaqəli Xəbərlər