Menyu

Paytaxtda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib

Operativ Media
Paytaxtda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
1 dəq oxu

Paytaxtda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Operativ Media-ya verilən məlumata görə, səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir. Avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Əlaqəli Xəbərlər