Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə cəzalandırılıb
İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib.
Operativ Media xəbər verir ki, bu barədə qərar noyabrın 25-də Beyzinqstok Magistrat Məhkəməsi tərəfindən qəbul olunub.
Futbolçu 18 ay sınaq müddətində olacaq. Bundan əlavə, ona 100 saat ictimai işlərdə iştirak etmək öhdəliyi qoyulub. “The Times” nəşrinin məlumatına görə, Sterlinqə iki il müddətinə avtomobil idarə etmək qadağan edilib.
Mayın 28-də yol-nəqliyyat hadisəsi törədən 31 yaşlı futbolçu sentyabr ayında təhlükəli avtomobil idarə etdiyini, istifadə məqsədilə azot protoksidi saxladığını və analiz üçün nümunə verməkdən imtina etdiyini etiraf edib.
“Feyenoord”la müqaviləsi başa çatdıqdan sonra klubsuz qalan Sterlinq daha əvvəl “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal”ın formasını geyinib. O, İngiltərə millisində 82 oyun keçirib və 20 qol vurub.