Menyu

Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb 

Nərmin Qocamanlı
Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb 
1 dəq oxu

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı  dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən  Naxçıvan MR Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb. 

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda  cinayət işi başlanılıb.

Əlaqəli Xəbərlər