http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Hərbi xidmətə çağırışla bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

26 Aprel 2023 , 16:43
Hərbi xidmətə çağırışla bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Aprelin 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında (SHXÇDX) vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak etmişlər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılmış məsələlər müzakirə olunmuşdur.

Bildirilmişdir ki, SHXÇDX tərəfindən Sərəncamın icrası müvəffəqiyyətlə davam etdirilir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi həyata keçirilir.

Komissiyanın iclasında qeyd olunan məsələlərlə yanaşı, Xidmət rəisi tərəfindən prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflər iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. Eləcə də vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron xidmət imkanlarının genişləndirilməsi istiqamətində planlardan bəhs edilmişdir.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmiş və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində qurumlararası fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanmışdır.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu