26 Aprel 2023, 17:23
DİN əməkdaşları 3 tondan artıq narkotik vasitəni məhv edib
DİN əməkdaşları 3 tondan artıq narkotik vasitəni məhv edib şəkil
DİN əməkdaşları 3 tondan artıq narkotik vasitəni məhv edib

Bu gün keçirilən narkotik vasitələrin məhv edilməsi prosesinə DİN tərəfindən 3 ton 131 kiloqram narkotik vasitə, 52 min ədəd psixotrop
tərkibli həb və 29 min ədəd çətənə kolu təqdim edilib.

"Operativ Media" xəbər verir ki, bu DİN mətbuat xidməti məlumat yayıb.

Aprelin 26-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhv edilməsi prosesi keçirilib. Narkotiklərin məhv olunmasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, komissiyanın müxtəlif dövlət orqanlarının əməkdaşlarından təşkil olunan üzvləri, o cümlədən  Daxili İşlər Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Daxili İşlər Nazirliyi tərəfindən ötən dövrlərdə qanunsuz dövriyyədən çıxarılan 3 ton 131 kiloqram müxtəlif xassəli narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb, 29 min ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə  kolu məhv etmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.
Qeyd edək ki, 2023-cü ilin ilk rübündə isə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.

 

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər