Polis 10 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının aprelin 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,4 kiloqramdan artıq marixuana və 410 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Teqlər:
"Polis 10 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb"