Menyu

Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib - YENİLƏNİB

Qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib.

Bu barədə "Operativ Media"ya DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, o, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

***

15:57

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində  tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.

Teqlər:

"Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər