Menyu

Nərimanovada avtomobildən 3300 manat dəyərində səsboğucu oğurlanıb

Nərmin Qocamanlı
Nərimanovada  avtomobildən 3300 manat dəyərində səsboğucu oğurlanıb
1 dəq oxu

Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 3300 manat dəyərində səsboğucusunun oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri  əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Əfqan Dünyamalıyev və Zaur Mədətzadə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər