Menyu

Bakıda ətir mağazasından oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda ətir mağazasından oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər