http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Su polisi balıq ovu ilə məşğul olan şəxslərə müraciət edib

28 Aprel 2023 , 12:14
Su polisi balıq ovu ilə məşğul olan şəxslərə müraciət edib

Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə birgə balıovlama ilə məşğul olan şəxslərə müraciət ünvanlayıb. 

Belə ki, 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən balıqların kürütökmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında, həmçinin Xaçmaz, Salyan, Neftçala və digər ərazilərdə balıq ovu ilə məşğul olan şəxslərə aprelin 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovunu dayandırmaları, balıqların təbii artımına, çoxalmasına maneə yaradan əməllərdən çəkinmələri tövsiyyə olunur.

Qeyd edək ki, qadağan olunan vaxtlarda və qeyri-qanuni vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamilə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yarada bilər. Ona görə də bütün balıqçılardan müəyyən olunmuş tələblərə əməl etmələri tələb olunur. Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslər barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.


Su Nəqliyyatında Polis İdarəsi digər müvafiq dövlət orqanları ilə birgə ölkənin su hövzələrində tələb olunan qaydalara əməl olunması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 
 

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu