http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

DİN və DSX Beyləqanda əməliyyat keçirib, 160 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb

28 Aprel 2023 , 13:30
DİN və DSX Beyləqanda əməliyyat keçirib, 160 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb


Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Beyləqan rayonunda keçirilən tədbir zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılıb. Bu şəxsdən və onun sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib.


İlkin sorğu zamanı Tərlan Xasməmmədov ondan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Yaşar” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu