http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib

28 Aprel 2023 , 17:08
Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zərifə xanım Əliyevanın oftalmoloq-alim və ictimai xadim olaraq ölkəmiz üçün göstərdiyi xidmətlər haqqında danışıb. Nazir Zərifə xanımı şəxsən tanıyanların daim onu böyük insan, əsl ziyalı, nəcib, qayğıkeş xanım kimi xarakterizə etdiyini və onun Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə böyük sevgi və ehtiramla anıldığını qeyd edib.

Nazirlik yanında İctimai Şuranın sədri Siruz Abasbəyli və “Azərbaycan Filatelistlər İttifaqı” İB-nin sədri İntiqam Bağırlı akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin irsi barədə danışıblar.

Daha sonra Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənməsi proseduru həyata keçirilib.

Qeyd edək ki, Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində “Azərpoçt” MMC tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4 000 tirajla çap edilib. Poçt blokunun tərtibatında rəng psixologiyasına da xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və ən əsası da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
Menyu