Menyu

Kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir

Nərmin Qocamanlı
Kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən tədbirlər davam etdirilir.

MN-dən "Operativ Media"ya verilən məlumata görə. Heydər Əliyev adına Hərbi İnstitutda Müdafiə Nazirliyi və Gənclər və idman komitəsinin təşkilatçılığıyla Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir.

Kikboksinq idman növünün yeniyetmə və gənclər arasında geniş yayılması məqsədilə keçirilən yarışda ümumilikdə 622 idmançı 3 yaş kateqoriyasında birincilik uğrunda mübarizə aparacaq.

Yarışlar may ayının 1-dək davam edəcək.

Teqlər:

"Kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir"

Fotogalereya

Əlaqəli Xəbərlər