Menyu

II Xəzər Su İnnovasiya Forumu öz işinə başlayıb

Redaksiya
II Xəzər Su İnnovasiya Forumu öz işinə başlayıb

Bakıda ll Xəzər Su İnnovasiya Forumu keçirilir.

"Operativ Media" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov son illər Azərbaycanda su problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlərin görüldüyünü bildirib.

Onun sözlərinə görə, respublikada su ehtiyatlarından səmərəli istifadə məsələsi hələ də gündəmdədir. Belə ki, əhalinin sayının artması, iqlim dəyişikliyi, kənd təsərrüfatının inkişafi və s. sudan qənaətlə istifadə etməyi zəruri edir. Həmçinin içməli sudan texniki məqsədlər üçün istifadə edilməsinin qarşısı alınmalıdır.

V.Kərimov deyib ki, bu baxımdan əhalinin də maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, tədbirin media tərəfdaşlarından biri də "Operativ Media"dır.

Teqlər:

"II Xəzər Su İnnovasiya Forumu öz işinə başlayıb"

Əlaqəli Xəbərlər