http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Politoloq: Moldova görüşündə razılıqların əldə edilməsi sual altındadır

01 İyun 2023 , 12:17
Politoloq: Moldova görüşündə razılıqların əldə edilməsi sual altındadır

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltsla  görüş nəinki regionun, Avropanın da diqqətindədir. Gözləntilərin necə olacağını politoloq Züriyə Qarayeva “Operativ Media”ya şərh edib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan  Kişineuda keçiriləcək görüşə böyük ümidli idi. Amma Paşinyan üçün vəziyyət dəyişdi. Fransa Prezidenti Emmanuel Makronun görüşdə iştirakına erməni tərəfi böyük ümid bəsləsə də reallıq fərqlidir. Çünki Ermənistanın sülh üçün atdığı addımlarla praktiki addımları fərqlidir:

“Azərbaycan ərazisində seperatizm meyllərinin olması bu prosesə sözsüz ki, əngəldir. Dövlət başçısının amnistiya təklifi erməni xalqı üçün növbəti şans idi. Sözsüz ki bu təklifin də görüşdən əvvəl edilməsi də təsadüfi deyildi. Bunun məhz Kişineuda  görüşdən öncə aktuallaşdırılması Paşinyanın Bakı Xankəndi formatının yaradılması cəhdinin qarşısını almaq idi. Çünki ehtimal var idi ki, Paşinyan buna cəhd etsin” –deyə politoloq qeyd edib.

Züriyə Qarayevanın fikrincə, bəzi məsələlərdə bu görüşdə də razılığın əldə edilməsi sual altındadır. “Xüsusilə delimitasiya məsələsi. Brüsseldə bu məsələnin təməli atıldı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı , lakin  anklavlar məsələsi həll edilməmiş qalır. Halbuki 86.6 min kvadrat kilometr ərazidə elə anklavlar da var.” –deyə Züriyə Qarayeva bildirib.

Politoloq belə hesab edir ki, komunikasiyaların açılması məsələsi ilə bağlı da Qərbin və Rusiyanın fərqli maraqları var:

“Komunikasiyaların açılması məsələsi də bugünkü əsas müzakirələrdən biridir. Lakin bununla bağlı da Qərbdə ciddi bir irəliləyiş gözlənilmir. Çünki komunikasiyalarla bağlı Qərblə Rusiyanın maraqları fərqlidir. Qərb dəniz komunikasiyasına isti baxmır. Zəngəzur dəhlizinin açılması fonunda 2025-ci ildə Rusiya sülhməramlıları Azərbaycandan çıxmalıdır. Belə olan halda onların fəaliyyəti dəhliz boyunca ola bilər ki, bu da Qərbə sərf etmir” –deyə Züriyə Qarayeva bildirib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu