Moldovada Avropa Siyasi Birliyinin ikinci zirvə görüşünü proqramı nədir?
Avropa Siyasi Birliyinin ikinci zirvə görüşü Moldovanın paytaxtı Kişineudan 35 kilometr məsafədə olan Mimi qəsrində keçirilir.
“Operativ Media” xəbər verir ki, bugünkü tədbirdə 50-yə yaxın hökümət və dövlət başçısı iştirak edir. Tədbirin işıqlandırılmasına 600-dən çox jurnalist cəlb olunub. Hal hazırda qonaqların qarşılanması mərasimi keçirilir.
Günorta saatlarında forum öz işinə başlayacaq. Bir çox hökumət rəhbərləri arasında üçtərəfli və təkbətək görüşlər nəzərdə tutulur. Ən əsası Azərbaycanın iştirakı ilə 5 tərəfli görüş baş tutacaq.
Avropa Siyasi Birliyinin birinci görüşündə Çexiyada Fransa tərəfi iştirak etmişdi. Lakin həmin görüşdə Fransa obyektiv tərəf olmadığından Azərbaycan buna etiraz etmişdi. Bu dəfə isə Fransa ilə yanaşı Almaniya da iştirak edir. Beştərəfli görüşdən sonra mətbuata birgə bəyanatla çıxış ediləcək.
Avropa Siyasi Birliyinin ikinci zirvə görüşündə müzakirə olunan 3 əsas məsələ olacaq. Enerji, komunikasiya və təhlükəsizlik məsələləri gündəmdədir. Zirvə görüşü bu gün öz işini yekunlaşdıracaq. Növbəti zirvə görüşü isə İspaniyada olacaq.
Teqlər:
"Moldovada Avropa Siyasi Birliyinin ikinci zirvə görüşünü proqramı nədir?"