Qaribaşvili: Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir
Redaksiya
"Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir"
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə bildirib.
"Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynadı. Biz mahiyyət etibarilə Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”, – Qaribaşvili əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net