Menyu

Smartfon bazarında ən populyar 15 marka hansılardır?

Redaksiya
Smartfon bazarında ən populyar 15 marka hansılardır?

Yüksək səviyyəli smartfonların satışı ötən illə müqayisədə bu il 4,7% artıb, baxmayaraq ki, smartfon bazarı 2022-ci ilin eyni dövründə 13% azalıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Twitter” də texnologiya bazarının təhlili ilə məşğul olan Canalys şirkətinin analitikləri məlumat yayıb .

Bu gün bazarda ən populyar smartfon iPhone 14 Pro Max-dır. Sonrakı üç yeri də Apple cihazları tutub: iPhone 14 ProiPhone 14 və iPhone 13 .

Samsung Galaxy S23 Ultra ən populyar smartfonlar siyahısında beşinci yerdədirİlk dörd smartfondan fərqli olaraq, bu smartfon Android əməliyyat sistemində işləyir.

Ondan sonra başqa bir Apple modeli iPhone 14 Plus gəlir .

Ardınca Samsung Galaxy S23, bu cihazın daha təkmil versiyası olan Samsung Galaxy S23+ isə yalnız doqquzuncu yerdədir. Onların arasında iPhone 12 də var .

Ən populyar on beş smartfon siyahısına Çin istehsalçılarının cihazları da daxil edilib: Xiaomi 13 (13-cü yeri tutdu) və Huawei Mate 50 (15-ci yer).

Maraqlıdır ki, siyahıda Samsung Galaxy Z Flip 4 qatlana bilən smartfon da var. 

Tam siyahı belədir:

FxSjBq-XgAAqzIE.jpg (57 KB)

 

 

Teqlər:

"Smartfon bazarında ən populyar 15 marka hansılardır?"

Əlaqəli Xəbərlər