Menyu

CHP idarə heyətinin üzvlərinin hamısı istefa verib

CHP idarə heyətinin üzvlərinin hamısı istefa verib
1 dəq oxu

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə heyətinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda prezident seçkilərinin nəticələri dəyərləndirilib, eyni zamanda CHP-nin yol xəritəsi müzakirə edilib. İclasdan sonra idarə heyətinin üzvlərinin hamısı istefa verib. Məlumata görə, iclas 5 saata yaxın davam edib. Qeyd edək ki, partiya lideri Kemal Kılıçdaroğlunun prezident seçkisindəki məğlubiyyətindən sonra partiyanın qarşısında istefa tələbi ilə dəfələrlə etiraz aksiyaları keçirilib.

Əlaqəli Xəbərlər