Menyu

Ərdoğanın andiçmə mərasiminə 20 dünya liderinin qatılacağı gözlənilir

Redaksiya
Ərdoğanın andiçmə mərasiminə 20 dünya liderinin qatılacağı gözlənilir

Rəcəp Tayyip Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasiminə beynəlxalq iştirak yüksək səviyyədə olacaq.

"Operativ Media" "Yeni Şafak"a istinadən xəbər verir ki, 20 dünya liderinin iştirak edəcəyi mərasimə NATO-nun baş katibi Yens Stoltenberq də qatılacaq.

Türk dünyası liderlərinin tam heyətlə iştirakı gözlənilir: Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər ölkələrdən də liderlər səviyyəsində iştirak olacaq.

Bəzi ölkələri xarici işlər nazirləri təmsil edəcək. Somali, Əlcəzair və Balkan ölkələrindən iştirak prezident səviyyəsində olacaq. Qətərin Baş naziri Əl Tani üçün də xüsusi yer ayrılıb.

Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın Anıtkabir ziyarətindən sonra Beştəpəyə getməsi planlaşdırılır.

Teqlər:

"Ərdoğanın andiçmə mərasiminə 20 dünya liderinin qatılacağı gözlənilir"

Əlaqəli Xəbərlər