Bərdədə narkotik dövriyyəsi ilə məşğul olan şəxs polisə bıçaqla müqavimət göstərib
Nərmin Qocamanlı
Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirmişdir. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərmişdir.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilmişdir. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, digəri isə saxlanılmışdır.
Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülmüşdür.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılmış, istintaq tədbirləri həyata keçirilir.
Teqlər:
"Bərdədə narkotik dövriyyəsi ilə məşğul olan şəxs polisə bıçaqla müqavimət göstərib"