http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

İmişlidə 1200 manat dəyərində iribuynuzlu heyvan oğurlanıb

06 İyun 2023 , 09:25
İmişlidə 1200 manat dəyərində iribuynuzlu heyvan oğurlanıb

İmişli Rayon Polis Şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalara baṣlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şəmsi Əmirov müəyyən edilib. O, iribuynuzlu heyvanı Sabirabad rayonu ərazisindəki mal bazarında satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ətrafında davam etdirilən tədbirlərlə  Ş.Əmirovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adıçəkilən şəxs tanışı Samir Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq cari ilin fevral və may aylarında İmişli rayonunun Ağaməmmədli və Muradxanlı kəndlərinin ərazisindəki iki fərdi təsərrüfatdan bir iribuynuzlu və iki xırdabuynuzlu heyvan oğurladıqları və həmin heyvanları sataraq əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. S.Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu