Menyu

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb.

Redaksiya
Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb.

Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və 1 ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun rayon ərazisində yaşayış evləri, ofis, gözəllik salonu daxil olmaqla ümumilikdə 9 ünvandan oğurluq etdiyi müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanıldıqdan sonra N.Cəfərovun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Faktlarla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər