Menyu

Sabunçuda nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Sabunçuda nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.   

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ağayev müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt şəhəri ərazisindən isə “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Sabunçuda nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb"

Əlaqəli Xəbərlər