Bakı-Quba yolunda narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs həbs edilib
Nərmin Qocamanlı
Etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs inzibati qaydada həbs edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 1-də saat 22 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunda yerləşən postda nişanın tələbini pozan “Mercedes” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sürücü, Yevlax rayon sakini Şahin Mustafayevin avtomobili etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.2-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilərək Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Abşeron rayon məhkəməsinin qərarı ilə Ş.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən inzibati qaydada həbs edilib.
Teqlər:
"Bakı-Quba yolunda narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs həbs edilib"